Qardabanidə Novruz bayramı yüksək səviyyədə qeyd edilib – FOTO

Qardabani bələdiyyəsində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bayram şənliyində Kvemo-Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Qardabani Bələdiyyəsinin meri Davit Karkarateli, Parlamentin deputatı Savalan Mirzəyev, Zaur Darğallı, İrakli Şatakişvili, Bələdiyyə sədri Mixeil Qedexauri, Qubernatorun müavinləri İlya Calaqaniya və Kaxa Koberidze, eləcə də yerli özünüidarəetmə orqanlarının digər nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində tonqalın yandırılma mərasimi, Kosa-Keçəl teatrlaşdırılmış tamaşa, sərgi, qastronomik zona, uşaqlar üçün əyləncəli şou-proqram və nərd çempionatı təşkil olunub.

Bayram tədbiri yerli xoreoqrafik ansamblların, musiqi məktəblərinin, Dito Kisişvili və Afik Novruzovun konserti ilə başa çatıb.