Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Novruz bayramı qeyd edilib – FOTO

Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirir. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.

Bu barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin paylaşımında qeyd edilib.

“GAİM”-in “İlaxır çərşənbəsi və Novruz bayramı” tədbirini mərkəzin direktoru Murad Muradov açıq elan edərək hər kəsi Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra məktəbəqədər hazırlıq kursunun şagirdləri çıxış edərək, nəğmələr söyləyib, rəqs ediblər. Həmçinin Marneuli 2 saylı orta məktəbinin şagirdləri rəqslərini nümayiş etdiriblər. Tədbir mərkəzin könüllüləri tərəfindən bayatı söyləmək, yumurta döyüşdürmək və.s bu kimi adətlərimizlə davam etdirilib. Sonda isə, uşaqlara bayram hədiyyələri təqdim olunub.