Tbilisi Cümə məscidində yanğın baş verib – FOTO

Tbilisi Cümə məscidində yanğın baş verib.

Belə ki, məscidin arxa hissəsində əşyaların saxlanıldığı otaqda çıxan yanğın qısa zamanda ətrafa yayılıb.

Onu da bildirək ki, əraziyə Fövqəladə Halların İdarə olunması xidmətinin əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.