Gürcüstanın Ermənistandakı səfirliyinin yeni binasının açılışı olub – FOTO

Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Kobaxidze və Nikol Paşinyan Gürcüstanın Ermənistan Respublikasındakı səfirliyinin yeni binasının açılışını ediblər.

Bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, Gürcüstan tərəfi binanı 2024-cü ildə alıb. Bina tam olaraq Gürcüstana məxsusdur. Binanın layihələndirilməsində etnik və mədəni elementlər nəzərə alınıb. Gürcüstanın Ermənistan Respublikasındakı səfirliyinin yeni binası da daxil olmaqla ümumilikdə xarici ölkələrdə Gürcüstana məxsus olan 15-ci binadır.