Gürcüstan millisi ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.

Belə ki, Gürcüstan milli komandası 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında futbolçularımız daha dəqiq olub – 4:2.

Millimiz ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Onu da bildirək ki, Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir.

Qeyd edək ki, qarşılaşma Tbilisidə “Dinamo Arena”da baş tutub.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) komandaları olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.