Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkəmizin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

Bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək, 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıblar. Bununla da, Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.