Azərbaycanın Gürcüstandakı Səfirliyinin və AZEBİ-nin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə yardım kampaniyası keçirilib – FOTO
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə Ramazan ayı münasibətilə yardım kampaniyası həyata keçirilib.
Bu barədə Səfirlikdən məlumat verilib.
Belə ki, kampaniya çərçivəsində müxtəlif ərzaq məhsullarının olduğu 200 ədəd yardım paketindən 110 ədədi Bütün Gürcüstan Müsəlmanları İdarəsinə, 30 ədədi valideyn himayəsindən məhrum uşaqlara paylanılmaq üçün “Əmin” fonduna, 30 ədədi əlil uşaqların olduğu ailələrə paylanılmaq üçün “Xarıbülbül” təşkilatına, 25 ədədi Qarabağ müharibəsi şəhidlərinin Gürcüstandakı ailə üzvlərinə, eləcə də Xocalıdan olan ailələrə, 5 ədədi digər imkansız ailələrə təqdim edilmib.