Bu gün 9 aprel hadisələrindən 35 il ötür
Bu gün, 1989-cu ilin 9 aprel tarixində paytaxt Tbilisidə vətən uğurunda həyatını itirən qardaş-bacılarmızın qəhramanlıq tarixindən 35 il ötür.
Xatırladaq ki, həmin gün sovet qoşunları Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıb.
Nəticədə 21 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
Faciədən iki il sonra, 1991-ci ilin aprelin 9-da Gürcüstan dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.