DİQQƏT! “Sınaq İmtahanı-2024”-ə qeydiyyat başlayıb

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə 1+4 proqramı üzrə vahid milli imtahanlara hazırlaşan azərbaycandilli abituriyentlər üçün ödənişsiz sınaq imtahanı təşkil ediləcək.

Bu barədə Mərkəzdən məlumat verilib.

Sınaq imtahanında 11 və 12-ci sinif şagirdləri eləcə də məzun abituriyentlər iştirak edə bilər.

Qeyd edək ki, bu il keçirləcək sınaq imtahanı aşağıda qeyd edilən şəhər və rayonlarda keçiriləcək:

  • Dmanisi
  • Bolnisi
  • Marneuli
  • Qardabani
  • Rustavi
  • Tbilisi

20 və 21 aprel tarixlərində keçirləcək sınaq imtahanı aşağıda qeyd olunan mərkəzlərdə təşkil ediləcək:

20 aprel saat 11:00

Bolnisidə -Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (20 aprel saat 11:00-da )

Dmanisidə – Dmanisi Tədris Mərkəzində ( 20 aprel saat 11:00-da)

Tbilisidə -Alyans Gənclər Mərkəzində ( 20 aprel saat 11:00-da )

21 aprel saat 11:00-da

Marneulidə- Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində ( 21 aprel saat 11:00)

Qardabanidə- Qardabani Təhsil və İnteqrasiya Mərkəzində (21 aprel saat 11:00-da)

Rustavidə- Rustavi Təhsil və Mədəniyyət Mərkəzində (21 aprel saat 11:00-da)

“Sınaq İmtahanı-2024”-də iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək vacibdir, qeydiyyatdan keçməyən şəxslər imtahanda iştirak etmək hüquqdan yararlana bilməyəcəklər.

Qeydiyyat müddəti 17 aprel saat 17:00-kimi davam edəcək, imtahan günü şəxsiyyət vəsiqənizi və ya doğum haqqında şəhadətnamənizi özünüzlə gətirməyiniz xahiş olunur, əks təqdirə imtahana buraxılmayacaqsınız.

İmtahan müddəti ümumi 3 saat davam edəcək, hər fənn üçün 1 saat 35 dəqiqə vaxt ayrılacaq, ilk fənnə verilən vaxt bitmədən ikinci fənnə keçid mümkün olmayacaq.

Riyaziyyat-1 saat 35 dəqiqə
Məntiq – 1 saat 35 dəqiqə

Qeydiyyatdan keçmək üçün qeyd edilən linkə keçid etməyiniz xahiş olunur.

Əlaqə vasitələri
Telefon ; +995 571 24 24 87
Mail ; qhimbolnisi@gmail.com