Qardabanidə Ramazan bayramı münasibətilə sosial ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylanılıb – FOTO

Qardabanidə Ramazan bayramı münasibətilə sosial ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylanılıb.

Bu barədə Qardabani Meriyası məlumat yayıb.

Belə ki, xeyriyyə tədbiri Qardabani bələdiyyəsinin meriyasının və sakrebulonun təşkilatçılığı ilə baş tutub.

Bağlamaların hazırlanmasında və ailələrə çatdırılmasında Parlament deputatı Savalan Mirzəyev, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, müavini Fuad Mirzəyev, Sarkebulo sədrinin birinci müavini Samir Xiyalov, müavin Vüqar Məmmədov və digər yerli rəsmilər iştirak ediblər.