Qaracalar ictimai məktəbində növbəti xeyriyyə tədbiri keçirilib – FOTO

“Rich Group” əczaçılıq şirkətinin təşəbbüsü və dəstəyi ilə Qardabani bələdiyyəsinin Qaracalar ictimai məktəbində növbəti xeyriyyə tədbiri keçirilib.

Kampaniya çərçivəsində məktəb şagirdləri və müəllimlərə diaqnostik müayinələr aparılıb.
450-yə yaxın şagird və 45 müəllim yüksək ixtisaslı həkimlər tərəfindən müayinədən keçirilib. Müxtəlif növ qalxanabənzər vəzinin xəstəlikləri olan şəxslərə əlavə diaqnostika və müalicə üçün müvafiq tövsiyələr verilib.

“Rich Group” şirkəti əhali arasında qalxanabənzər vəz patologiyalarının vaxtında aşkar edilməsinə və uğurlu müalicəsinə töhfə verəcək oxşar tipli xeyriyyə aksiyalarını davam etdirəcək.