Rus işğalçıları Gürcüstan vətəndaşlarını qanunsuz olaraq həbs ediblər
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi və Otrevi kəndləri yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Bildirilib ki, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib. Məlumata əsasən, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür.
Qeyd edək ki, hazırda 8 Gürcüstan vətəndaşı Sxinvali istintaq təcridxanasında və həbsxanada saxlanılır.