İrakli Çikovani: “Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır”

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 22-də Gürcüstan müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

RealNews.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, görüşdə, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub.

Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik Fuad İbrahimov iştirak edib.