Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandı

Baş nazir İrakli Kobaxidzenin Qazaxıstana rəsmi səfəri çərçivəsində, Gürcüstan və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Baş nazir İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini əks etdirən birgə bəyannamə imzalayıblar.

Həmçinin, iki ölkə hökumət üzvləri arasında geniş danışıqlardan sonra Gürcüstan və Qazaxıstan Respublikasının müvafiq qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Qazaxıstan Respublikasının birinci dərəcəli Şərəf ordeni ilə təltif edib.

Bizi WhatsApp – da izləyin.