İlya Darçiaşvili Brüsselə səfər edəcək

Xarici işlər naziri İliya Darçiaşvili Brüsselə səfər edəcək.

RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, İliya Darçiaşvili Belçikanın təşkilatçılığı ilə Avropa İttifaqının genişlənməsinə həsr olunmuş tədbirə qatılacaq.

Səfər çərçivəsində Belçika və Lüksemburq xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək. Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Bakas ilə də danışıqlar aparılacaq. Qeyd edək ki, Macarıstan iyuldan başlayaraq 6 ay müddətində Aİ-yə sədrlik edəcək.