Bu günlərdə havanın temperaturu +30 dərəcə olacaq

Qarşıdakı günlərdə Gürcüstanda günəşli və yağmursuz hava şəraiti hökm sürəcək.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumata görə, may ayının 2-dək ölkə ərazisində arabir şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Qeyd olunub ki, qarşıdakı 4 gün ərzində havanın temperaturu gecə +13, +15, gündüz isə +27, +30 dərəcə isti təşkil edəcək.