Baş nazir və hökumət nümayəndələri İkinci Dünya müharibəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər

Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, icra və qanunvericilik orqanlarının üzvləri faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə Veteranlar Mədəniyyət və İstirahət Parkında Meliton Kantariyanın büstünə gül dəstələri qoyaraq, İkinci Dünya müharibəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

İrakli Kobaxidze parka toplaşan İkinci Dünya Müharibəsi veteranlarını faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə təbrik edib. Xatırladaq ki, hökumətin qərarına əsasən, faşizm üzərində Qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya Müharibəsi iştirakçılarına birdəfəlik pul yardımı şəklində 2000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvlərinə isə 1000 lari veriləcək.