Tbilisidə parlament binasının qarşısında aksiyada 13 nəfər saxlanılıb – VİDEO

Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyada 13 nəfər saxlanılıb.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.

Daxili İşlər Nazirliyi aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.