Qardabanidə ağır yol qəzası – 3 nəfər…

Qardabanidə ağır yol qəzası baş verib. Hadisə Təzəkənd kəndi ərazisində mərkəzi yolda olub. Belə ki, minik avtomobilinin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə biri azyaşlı olmaqla avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib, yaralılar xəstəxanaya aparılıb.

Bizi WhatsApp – da izləyin.