Azərbaycan və Belarus prezidentləri Şuşaya birgə səfər ediblər – VİDEO
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşaya birgə səfər ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezidentlər Şuşanın işğalı zamanı dağıdılan ərazilər və abidələrə, həmçinin işğaldan sonra aparılan quruculuq işlərinə baxış keçiriblər.
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə, Bülbülün ev-muzeyində, “Heydər Əliyev və Qarabağ” sərgisində olublar. Sonra liderlər Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib.
Həmçinin Azərbaycan və Belarus prezidentlərinə Şuşanın Baş planı barədə məlumat verilib.