Azərbaycanda Gürcüstan vətəndaşının meyiti tapılıb

Qaxda evdən kişi meyiti tapılıb.

RealNews.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Gürcüstan vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.