İbrahim Rəisini aparan helikopterin qəza səbəbi məlum olub

İran Prezidenti İbrahim Rəisini aparan helikopter qatı duman səbəbindən məcburi eniş edib.

Bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, dövlət başçısı avtomobillə Təbrizə gedib. Hadisənin digər təfərrüatı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.

Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.