Qardabanidə Müstəqillik Günü qeyd edilib – FOTO

Bu gün Qardabani Mərkəzi Parkında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində Qardabani meri Davit Karqareteli, Sakrebulo sədri Mixeil Qedexauri, eləcə də digər rəsmilər və milli geyimdə olan yerli ansamblların üzvləri təntənəli yürüş ediblər. Mərkəzi Parkda müstəqillik günü ilə bağlı sərgilər açılıb.

Tədbirə Anna Onianinin ifasında Gürcüstanın dövlət himninin ifası ilə başlanılıb.

Daha sonra tədbir milli musiqi və rəqs ansambıllarının çıxışları ilə davam etdirilib.