Gürcüstana üz tutan xarici ölkə vətəndaşlarının sığortası ilə bağlı qərar dəyişdirildi

Gürcüstanda 2024-cü il iyunun 1-dən qüvvəyə minməli olan xarici turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası ilə bağlı qərar təxirə salınıb.

Bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, Gürcüstana gələn turistlər üçün “Turizm haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulan icbari həyat və sağlamlıq sığortası öhdəliyi, 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək.