“Alyans” Gənclər Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib – FOTO

Mayın 31-də, “Alyans” Gənclər Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin bayram münasibətilə hazırladıqları şənliyə qatılıb və onlara hədiyyələr təqdim edib.

Bundan əlavə, Mərkəzdə təhsil alan uşaqlar, məktəb şagirdləri və valideynlər paytaxtın mənzərəli guşəsi olan “Lisi” parkına gələrək bayram münasibəti ilə hazırladıqları şeir və əyləncəli proqramlarını nümayiş etdiriblər.

Tədbirdə çıxış edən “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova bildirib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Müasir müstəqil Gürcüstanda məqsədyönlü siyasətin əsas tərkib hissələrindən biri də uşaq hüquqlarının qorunmasıdır. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilir.

Ümumilikdə 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir.

Tədbir bədii proqramla davam edib.