“Turkish Airlines” şirkətinin Tehrandakı ofisi möhürlənib

İranın Ali mədəni inqilab Şurasının nümayəndələri məcburi hicab qayadalarına əməl etmədiyi üçün Türkiyənin “Turkish Airlines” aviaşirkətinin Tehrandakı təmsilçiliyini möhürləyib.

Bu barədə məlumatı İranın rəsmi dövlət KİV-i yayıb.

Bildirilib ki, nümayəndəliyin ofisinə polis yerləşdirilib.