Avropa çempionatında biletlərin qiyməti 1200 avrodan 389 avroya düşüb
Almaniya millisinin Avropa çempionatını tərk etməsindən sonra İspaniya və Fransa yığmaları arasında bu gün keçiriləcək yarımfinal matçına maraq kəskin şəkildə azalıb.
RealNews.ge xarici mətbuata istinadən xəbər verir ki, nominal dəyəri 900 avro olan “prime” kateqoriyalı biletlər 350 avroya satılır.
1200 avroluq biletlər 389 avroya, 600 avroluqlar isə 200 avroya düşüb.
Qeyd edək ki, İspaniya – Fransa oyunu Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi finalda İngiltərə – Niderland duelinin güclüsü ilə üz-üzə gələcək.