İlham Əliyev səfir Faiq Quliyevi təltif edib
Azərbaycan diplomatik xidmət orqanlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi təltif edib.
Bu barədə Azərbaycan Respublikasının prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncamı ilə Faiq Quliyevə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Qeyd edək ki, Faiq Quliyev 2020-ci ildən bu günədək Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiridir.