Vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərilib – FOTO
“Azərbaycan Evi” və “QANUN” Hüquqi Yardım Mərkəzi arasında bağlanmış vətəndaşlara təmənnasız hüquqi yardımların göstərilməsinə dair memoranduma əsasən vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib.
Bu barədə “Azərbaycan Evi” məlumat yayıb.
İkinci qəbul günündə 10 nəfər vətəndaş qəbul edilərək problemləri dinlənilib.
Vətəndaşların problemləri ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qeyd edilib ki, qəbul günləri davam edəcək.
Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 599 10 96 90