Pensiyalar, sosial yardımlar, səhiyyə işçilərinin maaşları artırılır…

2025-ci ilin büdcə layihəsinin ilkin variantına əsasən, səhiyyə işçilərinin maaşlarının 10%-lik artımı planlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib

Belə ki, səhiyyə və sosial müdafiə proqramlarının maliyyələşdirilməsi üçün nazirliyin maliyyəsi 870,0 milyon lari məbləğində artırılıb.

Bunun çərçivəsində:

  •  70 yaş və daha yuxarı yaşlı pensiyaçıların pensiyası 35 lari artırılaraq 450 lari məbləğində müəyyən edilmişdir. Eyni kateqoriyaya aid olan pensiyaçıların pensiyası dağlıq ərazilərdə demək olar ki, 540 lariyə bərabər olacaq.
  •  70 yaşdan aşağı şəxslərin pensiyası 20 lari artırılaraq 335 lari məbləğində müəyyən edilmişdir və dağlıq ərazilərdə 400 lariyi keçəcək.
  • Pensiyadan əlavə, 18 yaşına qədər ağır dərəcəli əlilliyi olan şəxslərin sosial müavinətinin 35 lari, digər kateqoriyalı əlilliyi olan şəxslərin sosial müavinətinin isə 20 lari artırılması nəzərdə tutulmuşdur.
  • Sosial reytinq balı 120 minə qədər olan ailələrin 16 yaşına qədər olan uşaqları üçün aylıq yardım məbləği 200 lari təşkil edəcək.

Ümumilikdə sosial proqramların maliyyələşdirilməsi 6,3 milyard lari təşkil edir.

Səhiyyə proqramlarının maliyyələşdirilməsi üçün isə 1,9 milyard lari məbləğindən çox ayrılmışdır ki, bunun çərçivəsində birincili səhiyyə işçilərinin maaşlarının 10% artırılması da nəzərdə tutulub.

Məcburi köçkünlərin mənzillə təmin edilməsi üçün isə 240,0 milyon lari ayrılmışdır.