Məktəb və uşaq bağçası əməkdaşlarının maaşları artırılacaq…
Təhsil və elm sahəsində maliyyə 370,0 milyon laridən çox artırılıb.
Bu barədə 2025-ci ilin büdcə layihəsinin ilkin variantında nəzərdə tutulub.
Artan maliyyə aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin edəcək:
- Dövlət məktəblərinin maliyyələşdirilməsi üçün əlavə olaraq 200,0 milyon lari ayrılıb. Bu məbləğ çərçivəsində bu ilin iyul ayında artan müəllim maaşlarının tam maliyyələşdirilməsi həyata keçiriləcək.
- Dövlət məktəblərində inzibati heyətin və məktəb nəzarətçilərinin maaşlarının 10% artırılması planlaşdırılıb.
- Uşaq bağçalarının əməkdaşlarının maaşları artırılacaq.
- Dövlət məktəblərinin tikintisi və təmiri üçün 560 milyon laridən çox maliyyə ayrılıb.
- Uşaq bağçalarının tikintisi və təmirinə 180,0 milyon lari məbləğində əlavə vəsait yönəldiləcək.
Bununla yanaşı, mədəniyyət və idman sahəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 920,0 milyon lari, dövlətin vahid büdcəsindən isə 515,0 milyon lari ayrılması nəzərdə tutulub. Bu dəstək mədəniyyət və idman sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq.