Bolnisidə 14 yaşlı qız məktəbin önündən qaçırılıb

Bolnisi bələdiyyəsinin Savaneti (İmirhəsən) kəndində məktəbin önündən 14 yaşlı qız qaçırılıb.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Belə ki, ictimai fəal Tozu Gülməmmədli öz “Facebook” hesabında, hadisə ilə əlaqədar polisə zəng etdiyini bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən əlavə məlumat almağa çalışırıq.