Rustavi2 telekanalı Gürcüstan azərbaycanlılarını “diaspora” adlandırıb – VİDEO
Ötən gün, “Gürcü Arzusu” partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidze seçki kampaniyası çərçivəsində Rustavidə yaşayan yerli azərbaycanlılarla görüş keçirib. Görüşü işıqlandıran “Rustavi2” telekanalının xəbəri təqdimetmə forması isə Gürcüstan azərbaycanlıları arasında narazılıqla qarşılanıb.
Belə ki, telekanal görüşü işıqlandırarkən iştirak edən azərbaycanlıları “diaspora” olaraq təqdim edib və başlıqda “Gürcü Arzusu üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb” ifadəsindən istifadə edib. Bu isə Gürcüstanda azərbaycanlılarının haqlı narazılığına səbəb olub.
Sözügedən süjet telekanalın saat 10:00 xəbərlər buraxılışının 07:48 -ci saniyəsidə yayımlanıb.