Rustavidə şok hadisə: Aldığı məhsulun içindən siçan başı çıxdı
Rustavidə gənc qızın mağazadan adığı məhsulun içərisindən siçan başı çıxıb.
Belə ki, o, yerli mətbuata verdiyi müsahisində “Qvirila” mağazalar şəbəkəsindən aldığı “Suxarı”nın içərisindən siçan başının çıxdığını bildirib.
Dərhal xəstəxanaya müraciət edən gəncin vəziyyəti hazırda yaxşı olsa da müşahidədə saxlanılır.
Mağaza rəhbərliyi isə ilk dəfə belə bir halla qarşılaşdıqlarını deyərək, əlaqədar qurumları məlumatlandıracaqlarını açıqlayıblar.
Bizi WhatsApp – da izləyin.