T kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə!

T kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququnu əldə etmək üçün yalnız nəzəri imtahan verilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb.

T kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququnu əldə etmək üçün nəzəri imtahana buraxılmaq üçün müraciət edən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:
– Şəxsiyyəti təsdiq edən sənəd;
– Sağlamlıq vəziyyəti haqqında arayış (IV 100/a forması);
– Sürücü hazırlığı müəssisəsində (avtomobil məktəbi) müvafiq kateqoriya üzrə yenidən hazırlıq keçdiyinə dair sənəd;
– Mövcud sürücülük vəsiqəsi (əgər varsa).

Qeyd: Yetkinlik yaşına çatmayan şəxs əlavə olaraq doğum şəhadətnaməsini və ya onun notarial qaydada təsdiqlənmiş surətini təqdim etməlidir. Bundan əlavə, o, imtahana valideyni ilə gəlməli və ya valideynin notarial qaydada təsdiqlənmiş razılığını təqdim etməlidir.

Nəzəri imtahana ilk girişin qiyməti 55 lari təşkil edir: bunun 15 larisi sürücülük vəsiqəsinin hazırlanması və 40 larizi imtahana girmə haqqıdır.

Sürücülük vəsiqəsi imtahanın uğurla verilməsindən sonra 5 təqvim günü ərzində hazırlanır.

Sürətli şəkildə sürücülük vəsiqəsinin hazırlanma müddətləri və qiymətləri:
– 1 iş günü ərzində hazırlanma haqqı – 50 lari.
– 2 iş günü ərzində hazırlanma haqqı – 40 lari.

T kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malik şəxs həmçinin AM kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir.