“3+3” formatının iştirakçıları platformanın qapılarının Gürcüstana…

İstanbulda keçirilən görüşdə “3+3” regional əməkdaşlıq platformasının iştirakçıları görüləcək işlərin vacibliyini vurğulayıb və platformanın qapılarının Gürcüstan üçün hər zaman açıq olduğunu təsdiq ediblər.

RealNews.ge TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlərin görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

“İkitərəfli danışıqların davamlı regional sülhə və iqtisadi inkişafa nail olmaq üçün çoxtərəfli məsləhətləşmələr rolunu oynayacağı vurğulanıb. Platformanın qapılarının Gürcüstan üçün hər zaman açıq olduğu təsdiqlənib”, – bəyanatın mətnində deyilir.

Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin iştirak etdiyi “3+3” formatında növbəti görüş keçirilib.

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk görüş 2021-ci ildə Rusiyanın paytaxtı Moskvada, nazirlər səviyyəsində ikinci görüş isə 2023-cü ildə Tehranda keçirilib.

Bizi WhatsApp – da izləyin.