Qərar verildi: Bu nazirlik iki quruma bölünəcək
Gürcüstanın Mədəniyyət və İdman nazirliyi seçkilərdən sonra iki quruma bölünəcək.
Bunu Baş nazir İrakli Kobaxidze bəyan edib.
“Seçkilərdən dərhal sonra biz qanunvericilikdə dəyişikliklərə başlayacağıq ki, bu da nazirliyin bölünməsini nəzərdə tutur. Mədəniyyət Nazirliyi ayrıca institut kimi formalaşdırılacaq və yeni İdman Nazirliyi yaradılacaq”, – deyə İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, gələcəkdə İdman Nazirliyinə Şalva Qoqoladze rəhbərlik edəcək. Nazirlik bölünənə qədər isə Qoqoladze nazir müavini vəzifəsində olacaq. Mədəniyyət naziri vəzifəsində isə Tika Ruxadze qalacaq.
Bizi WhatsApp – da izləyin.