Xarici ölkələrdə səsvermə prosesi başa çatır – NƏTİCƏLƏR…
Parlament seçkiləri ilə bağlı səsvermə prosesi Çin və Cənubi Koreyada artıq başa çatıb.
Bu barədə Mtavari Arxi telekanalı məlumat yayıb.
İlkin nəticələrə görə, Cənubi Koreyada səslərin 94%-ni müxalifət, 4%-ni isə “Gürcü Arzusu” isə toplayıb.
Məntəqədə verilmiş səslər belədir:
- “Dəyişiklik Koalisiyası” – 18 səs;
- “Güclü Gürcüstan” – 15 səs;
- “Gürcüstan üçün” – 9 səs;
- “Birlik – Milli Hərəkat” – 2 səs;
- “Gürcü Arzusu” – 2 səs;
- Digər partiyalar – 7 səs.
Çinin paytaxtı Pekində də parlament seçkiləri ilə əlaqədar açılan seçki məntəqəsi bağlanıb. İlkin nəticələrə görə, 57 səsdən müxalifət 82%, “Gürcü Arzusu” isə 18% səs toplayıb.
Məntəqədə verilmiş səslər belədir:
- “Dəyişiklik Koalisiyası” – 18 səs;
- “Gürcü Arzusu” – 10 səs;
- “Güclü Gürcüstan” – 10 səs;
- “Gürcüstan üçün” – 8 səs;
- “Girçi” – 4 səs;
- “Birlik – Milli Hərəkat” – 4 səs;
- “Gürcüstan Leyboristlər Partiyası” – 1 səs;
- “Avropa Demokratları” – 1 səs;
- “Tribuna” – 1 səs.
Bizi WhatsApp – da izləyin.