Xarici işlər naziri səfir Faiq Quliyevlə görüşüb – FOTO

Xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə olunub, bu kontekstdə söhbətdə xarici işlər nazirinin Azərbaycan Respublikasına rəsmi səfərinin təfərrüatlarına toxunulub. O cümlədən Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi nəzərdə tutulduğu bildirilib.

“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.

Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Bizi WhatsApp – da izləyin.