Suxumidə atışma: 3 nəfər ölüb…
Bir neçə saat əvvəl işğal altındakı Suxumidə atışma baş verib. Yerli medianın məlumatına görə, qarşıdurma “Biskvit” kafesində olub. Bildirilib ki, üç nəfər odlu silahla vurulub. Yaralıların hər üçü dünyasını dəyişib.
“Bir nəfər cinayətkar hadisə yerindən qaçıb. Cinayət işləri üzrə istintaq şöbəsi şübhəlini müəyyənləşdirib və həbs edib. Operativ axtarış tədbirləri davam edir, hadisə yerində istintaq qrupunun və kriminalistlərin işi davam edir.” – bu barədə məlumatı “Exo Kavkaz” Apsua TV-yə istinadən yayıb.
Bizi WhatsApp – da izləyin.