Ustad aşıq Ziyəddin Keşəli dünyasını dəyişib

Ustad aşıq Ziyəddin Keşəli dünyasını dəyişib.

Bu barədə onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci ildə Marneuli rayonundakı  Kürüstü Keşəli kəndində anadan olub. Onda bu sənətə həvəsi oyadan, saza meyl etdirən atası Məhəmməd Usub oğlu olub. Ustadı Xındı Məmməd rəhmətə gedəndən sonra, 1968-ci ildən Ziyəddin uzun müddət Dədə Əmrah və ustad Kamandarın  sənətkarlığından bəhrələnib. Bir müddət Marneuli şəhər mədəniyyət evində çalışaraq gənc saz həvəskarlarına ozan sənətinin sirrlərini öyrədib. Azərbaycanda, Türkiyədə beynəlxalq tədbirlərdə iştirak edib. Əsasən qoşma üslubunda yazdığı şeirləri dövri mətbuartda, toplularda işıq üzü görüb. Aşıq Ziyəddinin “Ruhani ruha dərmandır” adlı şeirlər kitabı 2000-ci ildə Bakıda işıq üzü görüb.

Allah rəhmət eləsin!