Bu il keçiriləcək bələdiyyə seçkilərinin vaxtı açıqlanıb
Gürcüstanda 4 oktyabr tarixində bələdiyyə seçkiləri baş tutacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Məlumata görə, bələdiyyənin nümayəndəlik orqanının – özünüidarəetmə şəhəri/özünüidarə icmasının şurası və merinin növbəti seçkiləri 2025-ci il oktyabrın birinci şənbə günü (4 oktyabr) tarixində baş tutacaq.
Həmçinin, MSK bələdiyyə orqanlarına seçkilərdə iştirak etmək istəyən siyasi partiyaları qeyd olunan hüququ əldə etmək üçün bütün zəruri prosedurları vaxtında həyata keçirməyə çağırıb.
Bizi WhatsApp – da izləyin.