Bıçaqla 3 polisə xəsarət yetirən şəxs saxlanılıb
Cari ilin 20 yanvarında İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi 112-yə Batumidə, Komaxidze küçəsində psixi pozğunluğu olan bir şəxs barəsində məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bilidirilib ki, məlumat əsasında hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları cəlb edilib. Bu zaman psixi xəstəlikdən əziyyət çəkən şəxs – 1998-ci il təvəllüdlü G.N. bıçaqla onlara qəfil hücum edib. G.N.-in zərərsizləşdirilməsi və saxlanılması zamanı o, üç patrul- inspektoruna bıçaqla bədənlərinin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Hüquq-mühafizə orqanları G.N.-i hadisə yerində təqsirləndirilən şəxs qismində saxlayıblar. Yaralanmış patrul-inspektorları xəstəxanaya çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib. Hazırda hər üç inspektor xəstəxanada müalicə alır.
Polisə hücum faktı ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 3531-ci maddəsi ilə davam etdirilir.
Bizi WhatsApp – da izləyin.