Lilo Mall-da yanğın nəticəsində nə qədər ərazi zərər görüb? – RƏSMİ

Lilo Mall-da baş verən güclü yanğın nəticəsində 5000 kv.m anbar ərazisi yanıb.

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Halların İdarəolunması Xidmətinin rəisi Temur Mğebrişvili bildirib.

“Təxminən 5000 kvadrat metr anbar hissəsi yanıb. Hazırda yanığının söndürülmə işlərinə 120-dən çox yanğın söndürən xilasedici qüvvə cəlb edilib. Yanğının yayılmasının qarşısı alınıb və xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının ən qısa zamanda söndürülməsi üçün bütün lazımi tədbirlər görülür. Hansı səbəbdən baş verməsi ilə bağlı isə hələ ki, heçnə deyə bilmərik.” – deyə Mğebrişvili qeyd edib.

Bizi WhatsApp – da izləyin.