Liloda restorandan çıxan şəxsi avtomobildə güllələyiblər

Lilo qəsəbəsində qətl hadisəsi baş verib.

Yerli mətbuatın yaydığı məlumata görə, orta yaşlı şəxs “Kaxelebi” restoranından çıxan zaman avtomobildə güllələnib. Şahidlərin sözlərinə görə, cinayətkar hadisə yerindən qaçıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib və istintaq tədbirləri aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizi WhatsApp – da izləyin.