Nazirlik: Məktəb formalarının satışı üçün xüsusi platforma hazırlanıb

Gürcüstanda məktəb formalarının satışı 1 sentyabr tarixindən etibarən başlayacaq.

Bu barədə təhsil, elm və gənclər naziri Givi Mikanadze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Nazirin sözlərinə görə, formaların satışı həm pərakəndə, həm də onlayn rejimdə həyata keçiriləcək. Bu məqsədlə hər kəs üçün əlçatan olacaq xüsusi platforma hazırlanıb.

“Yaxın 2-3 həftə ərzində ictimaiyyət formaların satışı prosesi ilə bağlı ətraflı məlumatlandırılacaq. Satış həm mağazalarda, həm də onlayn şəkildə təşkil olunacaq”, – deyə nazir qeyd edib.

O, həmçinin bildirib ki, hazırda banklarla müqavilələrin imzalanması prosesi davam edir və bu çərçivədə vətəndaşlara güzəştli şərtlər təklif olunacaq.

“Bəzi bankların kartları ilə alış zamanı xüsusi güzəştlər tətbiq oluna bilər. Bu təkliflər barədə də ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə Givi Mikanadze vurğulayıb.

Bizi WhatsApp – da izləyin.