24 yaşlı Bolnisi sakini Rustavidə qətlə yetirilib

Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavidə odlu silahla qətlə yetirilib.

İlkin məkumatlara görə hadisə gənclər arasında baş verən qarşıdurma zamanı yaşanıb.

Qeyd edək ki, gənc aldığı güllə yarasından xəstəxanaya aparılan zaman yolda həyatını itirib.

Hadisənin dəqiq səbəbi hələki məlum deyil. Faktla bağlı istintaq başladılıb araşdırmalar davam etdirilir.

Bizi WhatsApp – da izləyin.