Parlament 49 müxalif deputatın mandatına son verib

Parlament 49 müxalif deputatın mandatına son verib.

Qərar bu gün parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.

Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar. Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik parlamentdə yalnız 101 deputat qalıb.

Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.

Bizi WhatsApp – da izləyin.