Azərbaycanda həyat yoldaşını öldürdü – Gürcüstanda tutuldu

Fevralın 8-də saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Azərbaycan DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.

Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş. Ramil Məmmədovun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
Bizi WhatsApp – da izləyin.