Gürcüstanda -18, -23 dərəcə şaxta gözlənilir – PROQNOZ
Martın 3-dək Gürcüstanda havanın temperaturunun kəskin dərəcədə aşağı düşəcəyi gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, temperaturun Qərbi Gürcüstanın aran rayonlarında -5, -10, Şərqi Gürcüstanın aran rayonlarında -7, -12, ölkənin dağlıq rayonlarında -13, -18, yüksək dağlıq ərazilərdə isə -18, -23 dərəcəyədək enəcəyi gözlənilir.
Xatırladaq ki, bu gün 112 xidmətindən də vətəndaşlara mart ayının 3-dək çətin hava şəraiti olacağı barədə xəbərdarlıq mesajları göndərilib.
Bizi WhatsApp – da izləyin.